Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “İlham Əliyev Qarabağ zəfəri ilə adını tarixə yazdı” – Nemət Pənahlı

“İlham Əliyev Qarabağ zəfəri ilə adını tarixə yazdı” – Nemət Pənahlı

“Nəhayət tarix Azərbaycanın üzünə güldü. Allah bizə bu günləri, Qarabağ zəfərini görməyi nəsib etdi”.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bildirib. O deyib ki, uzun illər aparılmış uğurlu ordu quruculuğunun məntiqi nəticəsi olaraq hərbçilərimiz 44 gün ərzində dünya hərb tarixində yeni səhifə açdılar:“Xalq olaraq 88-ci ildən apardığımız milli azadlıq mübarizəsi nəticəsində müstəqilliyə nail olsaq da, Dağlıq Qarabağın işğalı, Xocalı faciəsi bizə müstəqilliyin sevincini göz dolusu yaşamağa imkan vermədi. Azərbaycan yüz ilin ən böyük tarixi qələbəsini qazandı. Birmənalı olaraq, bu qələbədə Ali Baş Komandanın böyük rolu var. Biz Ordumuzu dəstəkləyirdik. Təbii ki, indiki qələbəmizin məntiqi başlanğıcı ordu quruculuğundan irəli gəlirdi”.

Bu illər ərzində ordu quruculuğunda Ali Baş Komandan İlham Əliyevin müstəsnə xidmətlərinin olduğunu deyən Nemət Pənahlı, Qarabağ savaşını uğurla yekunlaşdırdığı üçün ölkə başçısına təşəkkür edib: “Yalnız indiki müzəffər Ordunun gücləndirilməsi deyil, eyni zamanda döyüşlərin nə vaxt, harada, hansı formada başlanması da onun xidmətidir. Nəinki 44 günlük müharibə dönəmində, ümumən beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyinin möhkəmlənməsində Ali Baş Komandanın böyük xidmətləri oldu. Müharibələrdə sərkərdədən, Ali Baş Komandandan çox şey asılıdır. Bu zəfər yalnız xalqımızın, Ordumuzun deyil, eyni zamanda uğurlu sərkərdə kimi Ali Baş Komandan İlham Əliyevin zəfəridir. O, İkinci Qarabağ savaşını uğurla yekunlaşdırıb ərazi bütövlüyümüzü bərpa etməklə adını tarixə əbədi həkk etdi. Hesab edirəm ki, tarixi qələbədən sonra Azərbaycanın rəhbəri hazırda dünyanın ən xoşbəxt Prezidentidir”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …