Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Paşinyana ciddi dəstək verdi – Vanetsyan

İlham Əliyev Paşinyana ciddi dəstək verdi – Vanetsyan

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın öz səhifəsində qaytarılan 15 erməni əsirin fotosunu paylaşması seçkiqabağı piardır.

Bu barədə Şərəf Duyuram blokunun lideri Artur Vanetsyan deyib.

“Əsirlərin qaytarılması son günlərin çox az xoş hadisələrindən biridir. Təki bizim bütün əsirlər qayıtsın. İndiyə qədər Azərbaycanda nə qədər əsir var, biz bilmirik. O (Nikol Paşinyan – red.), götürüb əsirlərin fotosunu Feysbuk səhifəsində paylaşır və ucuz təbliğatla məşğul olur. Sən onları niyə şəkib paylaşırsan? Onlar bu keçmişi unutmaq istəyirlər, sən isə o anları əbədiləşdirirsən”, – Vanetsyan bildirib.

O iddia edib ki, Azərbaycan lideri İlham Əliyev məhz bu anda əsirləri qaytarması Paşinyanın sürətlə enən reytinqini qorumaq üçündür:

“Gəlin məsələyə bu nöqteyi-nəzərdən baxaq. Çoxsaylı suallar var ki, onlara cavab almalıyıq”.

Bakupost.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …