Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq etdi

İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq etdi

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …