Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Barak Obamaya başsağlığı verdi

İlham Əliyev Barak Obamaya başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.

Azinforum.az dövlət başçısının saytına istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı.

Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşmişdir. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın