Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir – Malik Həsənov

İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir – Malik Həsənov

Cənab Prezident İlham Əliyevin Rusiyanın Ermənistana silah verməsi ilə bağlı Rusiya lideri Vladimir Putinə zəng etməsi və bunu ciddi şəkildə müzakirə predmetinə çevirməsi bir daha təsdiqləyir ki, dövlət başçısı bütün istiqamətlərdə və səviyyələrdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Malik Həsənov Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi və Rusiyadan Ermənistana silah göndərilməsinə etirazını bildirməsi ilə bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, iyulun 17-dən bu günə kimi Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin daşınmasının ciddi narahatlıq yaratdığına diqqət çəkib:

“Bu hərbi yüklərin daşınmasına Ermənistanın Tovuz təxribatını törətməsindən 5 gün sonra start verilib. Bu özü artıq ciddi məqamdır, nəzərə alaq ki, 17 iyulda Ermənistan sərhəddə təxribatlarına davam edirdi. Üstəlik, heç bir müqavilədə göstərilməyən, mahiyyəti bəlli olmayan bu hərbi yüklərin İrəvana hədiyyə edildiyinə heç bir şübhə yoxdur. Bu isə Rusiyanın Ermənistanın təxribatı zamanı göstərdiyi siyasi mövqe ilə heç bir halda üst-üstə düşmür və əlbəttə ki, Azərbaycanın haqlı narazılığına səbəb olur”.

M.Həsənov qeyd edib ki, Rusiyanın Ermənistana vaxtaşırı olaraq külli miqdarda silah-sursat hədiyyə etməsini biz son onilliklərdə müşahidə etmişik:
“Xatırlayırsınızsa, 2000-ci illərdə Ermənistana həmin dövr üçün olduqca böyük rəqəm sayılan bir milyard dollarlıq silah-sursat vermişdi və bunun Ümummilli lider Heydər Əliyev ən yüksək tribunalardan elan edərək, bu münasibətin Ermənistanın aqressiyasını daha da artırdığına, Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə və bir milyondan artıq qaçqının hüquqlarının pozulmasının davam etməsinə təsirini bildirmişdi. Həmin zaman Prezident Heydər Əliyevin Rusiya səfiri ilə bunu müzakirəsi də yəqin ki, hamının xatirindədir.

Təəssüf ki, aradan bu qədər zaman keçəndən, Rusiya-Azərbaycan münasibətlərində xüsusi inkişaf əldə olunandan, üstəlik, Ermənistanın xarici siyasətində Qərbə inteqrasiya kursu başlayandan sonra yenidən bu hal müşahidə olunur. Əlbəttə ki, bu, həm Rusiya-Azərbaycan münasibətlərinin indiki ruhuna uyğun deyil, üstəlik, Ermənistanın təxribatçı hərəkətlərinə, hərbi cinayətlərinə Rusiya hakimiyyətinin verdiyi düzgün siyasi qiymətlə üst-üstə düşmür”.

Millət vəkili bu bir ay ərzində Rusiya, xüsusilə Prezident Putinin ünvanına Ermənistan politoloqlarının, siyasətçilərinin və mediasının işlətdiyi ifadələrə diqqət çəkib:

“Erməni mediasını izləyənlər yaxşı bilir ki, son bir ayda xüsusilə Rusiyaya qarşı Ermənistanda baş nazir Nikol Paşinyanın planı əsasında böyük kampaniya başlayıb və şəxsən cənab Vladimir Putinin ünvanına olduqca ağır ifadələr işlədilir, onu təhqirlər manşetlərə danışır. Hətta Rusiyanın informasiya məkanında söz sahibi olan şəxslərin buna görə Ermənistan media quruluşlarına, politoloqlarına cavabları haqda da hamı məlumatlıdır. İş o yerə çatdı ki, Rusiya hakimiyyətinin əsas təbliğatçılarından olan Marqarita Simonyan bunlara görə Ermənistan hakimiyyətinə aşağılayıcı tərzdə cavab verməyə məcbur oldu. Bunun qarşılığında Rusiya hərbi dairələrinin Ermənistana yüz tonlarla hərbi yük daşıması, təxribatçı ölkəni gizli şəkildə hərbi baxımdan dəstəkləməsi anlaşılmazdır”.

Millət vəkili onu da bildirib ki, Rusiyada Prezident Putinin mövqeyindən fərqli maraqlar da var və hakimiyyətdə kifayət qədər ermənipərəstlər təmsil olunur:

“İstənilən halda bütövlükdə bu addımların məsuliyyəti nəticə etibarilə Rusiya hakimiyyətinin üzərinə düşmüş olur və bu ölkənin beynəlxalq mövqeyinə ciddi şəkildə təsir edir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasına bitərəf mövqeyi ilə önəmli töhfələr verə bilər. Ancaq biz tamamilə fərqli mövqe müşahidə edirik. Belə olan halda Minsk Qrupunun fəaliyyətinin ədalətli olacağını gözləməyə dəyərmi? ATƏT MQ 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə zidd olaraq, faktiki status-kvonun saxlanılmasına çalışır. Minsk Qrupu faktiki olaraq üzərinə götürdüyü funksiyanı yerinə yetirə bilmir və mütləq şəkildə buraxılmalı, yenidən təşkil edilməlidir. Və əlbəttə ki, Minsk Qrupunun həmsədrlərindən biri bu qurumun üzvü olan Türkiyə olmalıdır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …