Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İlham Əliyev “ASAN xidmət”i ictimai xidmətlər sahəsində inqilab adlandırdı

İlham Əliyev “ASAN xidmət”i ictimai xidmətlər sahəsində inqilab adlandırdı

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “ASAN xidmət”in fəaliyyətindən də bəhs edib.

Dövlətimizin başçısı artıq yeni bir layihə – “ASAN qatar” sisteminin də fəaliyyətə başlayacağı, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcəyi barədə məlumat verib.

Azərbaycan Prezidenti qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub və bu rəqəm özlüyündə bir göstəricidir. “Hamımız yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub”, – deyə Prezident vurğulayıb.

Dövlətimizin başçısı bu il Masallıda və Qəbələdə iki yeni mərkəzin yaradılacağını da diqqətə çatdırıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın