Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İlhamə Quliyeva köməkçisinin həbsindən danışdı – QALMAQAL

İlhamə Quliyeva köməkçisinin həbsindən danışdı – QALMAQAL

“Bu barədə heç nə deyə bilməyəcəm. Xahiş edirəm ki, bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın”.
Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Abbas müğənni İlhamə Quliyevanın keçmiş köməkçisinin həbs edilməsi ilə bağlı verdiyi açıqlamasında bildirib.
Belə ki, müğənninin musavat.com-a verdiyi açıqlamaya görə, onun həyatına sui-qəsd hazırlamaq istəyən keçmiş köməkçisi Mehriban Bəylərqızı bu günlərdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib və hazırda həmin idarənin təcridxanasında saxlanılır: “Olayla bağlı mətbuat konfransı keçirdikdən sonra aidiyyatı orqanlar məsələ  ilə bağlı ciddi araşdırma aparmağa başlayıb. İki gün bundan öncə Mehriban Bəylərqızı həbs olundu. Mənim yenidən izahatım alındı, hətta oğlumu da idarəyə çağıraraq ifadəsini alıblar. Bu işin sonunadək gedəcəyəm.
Bundan öncə Bakı Şəhərə Baş Polis İdarəsi M.Bəylərqızını naməlum səbəbdən sərbəst buraxmışdı. Lakin hazırda təcridxanadadır və bu gün mənim vəkillərim ilə onun üzləşdirilməsi olacaq. Daha sonra iş məhkəməyə göndəriləcək.
Eyni zamanda onun hansı səbəbdən azadlığa buraxılması məsələsi də araşdırlır. Məlum məsələdir ki, arada kimlərsə var. O, həmişə mənə deyirdi ki, “Mən MTN-nin işçisiyəm, bu işləri görmək üçün mənə yuxarıdan göstəriş gəlib”.
Xatırladaq ki, bir neçə gün bundan öncə müğənni İlhamə Quliyeva mətbuata açıqlamasında evində köməkçi işləmiş Mehriban Hüseynovanın onun adından saxta vəsiyyətnamə yazdırıb, var-dövlətini ələ keçirmək, damarına zəhərli və psixotrop dərmanlar qatmaqla, onu öldürmək istədiyini, evindən külli miqdarda pul və digər qiymətli əşyalar oğurladığını iddia etmişdi.
Müğənni bununla bağlı əlində dəlil və sübutların, video görüntülərin, səs yazmalarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də etmişdi.
İlhamə Quliyeva başına gələnlər barəsində Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini desə də, idarənin mətbuat xidmətindən musavat.com-a bildirilmişdi ki, bu barədə idarəyə heç bir məlumat və ya izahat daxil olmayıb.

 

musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın