Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / İkisi diaspor rəhbəri və məmur oğlu olmaqla 20-yə yaxın azərbaycanlı gənc oğurlandı – ŞOK

İkisi diaspor rəhbəri və məmur oğlu olmaqla 20-yə yaxın azərbaycanlı gənc oğurlandı – ŞOK

Ölkədəki azərbaycanlılar ciddi təşviş içindədir, Konqres və səfirlik isə susur

Ukraynada yaşayan azərbaycanlılar arasında adam oğurluğu halları artıb. Artıq bu, Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlıq həddinə gəlib çatıb və Azərbaycanın Ukraynadakı səfirliyinin, ölkədəki azərbaycanlılar Konqresinin buna etinasızlıq nümayiş etdirməsinə, hadisənin ört-basdır etməsinə qarşı ciddi narahat həmyerlilərimiz tərəfindən kütləvi narazılıq formasına keçməkdədir.
Oğurlananların demək olar ki, hamısı gənclərdir və imkanlı şəxslərin, fəal azərbaycanlıların övladlarıdır. Oğurluğun Gürcüstanda və Ermənistandan olan qrup tərəfindən təşkil edildiyi deyilir.
Ukraynadakı mənbənin Moderator.az-a verdiyi məlumata görə, təxminən 20-ə yaxın azərbaycanlı oğurlanıb ki, bunlardan yalnız biri – Donetsk azərbaycanlıları konqresinin sədri, iş adamı Malik Pirverdiyevin oğlu, eyni vilayətdə azərbaycanlı gənclər birliyinin sədri Cəlal Pirverdiyev 10 aya yaxın girovluqda qaldıqdan sonra bu yaxınlarda 300 min dollar pul müqabilində azad olunub.
Digəri isə Azərbaycanda yüksək post tutan və “MTN-nin Rabitə Nazirliyi” olaylarında həbs olunan rabitə sahəsinin keçmiş yüksək rütbəli məmurunun Kiyevdə təhsil alan oğludur ki, hələ də girovluqdadır. Digərləri isə ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlı iş adamlarının, yaxud Azərbaycandan olan iş adamların övladlarıdır. Oğurlananlar müqabilində müxtəlif və külli miqdarda pul tələb olunur.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında deyib ki, bununla bağlı səfirlikdə görüş keçirəcəklər:
“Məndə bu haqda dəqiq məlumatlar yoxdur. Buna görə də nəsə deməyim düzgün olmaz. Bir problem də var ki, girovluğa düşən və sonradan azad olunanlar bu barədə məlumat verməkdən çəkinirlər. Girovluqdan çıxan adam heç zaman gəlib demir ki, onu oğurlamışdılar”.
Hikmət Cavadov məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində görüşlərinin olacağını da bildirib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın