Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İki terrorçu zərərsizləşdirilib, biri axtarılır – İzmir terroru

İki terrorçu zərərsizləşdirilib, biri axtarılır – İzmir terroru

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.

Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın