Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İki partiya sədri görüşdü

İki partiya sədri görüşdü

Bu gün Dirçəliş və Tərəqqi partiyasının sədri Ramil Hüseynov Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri – millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Görüşdə ölkədə olan ictimai-siyasi vəziyyət, qlobal bahalaşmanın ölkəmizə təsiri, ölkəmizin ərazi bütövlüyü ilə bağlı hal-hazırkı vəziyyəti, qonşu ölkələrlə bağlı münasibətlər sistemi o cümlədən, Moskva və Şuşa bəyannaməsi ilə bağlı partiya sədrləri arasında fikir mübadiləsi aparılıb. Hər iki partiya sədri istənilən situasiyada siyasi qurumların atacağı addımların milli maraqlarımıza, dövlətçilik maraqlarlmıza uyğun atılmalı olduğunu qeyd ediblər.

Sonda isə Qüdrət bəy Ramil Hüseynova gələcək fəaliyyətində uğurlar arzu edib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …