Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İki dövlət qurumunun pul mübahisəsi – Sakinlər soyuqda qalıb

İki dövlət qurumunun pul mübahisəsi – Sakinlər soyuqda qalıb

Noyabrın 15-dən Bakıda yaşayış binalarına verilməli olan istilik hələ də tam təchiz olunmayıb. Səbəb «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyətinin «Azəriqaz» İstehsalat Birliyinə borcunun olmasıdır.

“Qafqazinfo” xəbər verir ki, «Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev AzadlıqRadiosu-na bildirib ki, artıq bir çox qazanxanalara qaz verilib: «Ölkə ərazisində təbii qazın verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Əhali tələbata uyğun mavi yanacaqla təmin olunur. O ki qaldı, qazanxanalara təbii qazın verilməsinə, bu istiqamətdə də aidiyyatı qurum tərəfindən birliyə müraciət olunub. Bəzi işlər gedir. Artıq bir çox sayda qazanxanaya tərəfimizdən təbii qazın açılışı təmin olunub. Bu istiqamətdə işlər davam etdirilir».

Problemin nə vaxt tamamilə həll olunacağına gəldikdə isə İbrahim Kəlbiyev «yaxın günlərdə» deməklə kifayətlənib:«Yaxın günlərdə həll olunacaq. Həmin qurumun pul borcu olduğuna görə məsələ bu gün də gündəmdədir. Nazirliklər, dövlət tərəfindən bu məsələyə baxılacaq. Problem yaxın günlərdə öz həllini tapacaq».

«Azəristiliktəchizat»in abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev isə danışıqların davam etdirildiyini deyir: «Danışıqlar gedir. Yəqin problem bir-iki günə öz həllini tapacaq. Bir sıra qazanxanalarımıza artıq qaz verilir. Hər gün 50-60 qazanxananın qazı açılır. İndi bizim rəhbərliklə onların arasında danışıqlar gedir. Qalanlarını da qrafik üzrə açacaqlar. Problem yaxın günlərdə tam həll olunacaq».

Borca gəldikdə isə nə «Azəriqaz», nə də «Azəristiliktəchizat» məbləği açıqlamır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın