Ana səhifə / Siyasət / İcra hakimiyyəti şəhidin qəbirüstü abidəsi ilə bağlı ittihamlara cavab verdi

İcra hakimiyyəti şəhidin qəbirüstü abidəsi ilə bağlı ittihamlara cavab verdi

Aprel döyüşlərində şəhid olmuş Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin məzarının üstünün hələ də götürülməməsi mətbuatda və sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Şamaxı Rayon İcra Hakimiyyəti isə qəbirüstü abidə ilə bağlı ittihamlara münasibət bildirib.

İcra hakimiyyətindən virtualaz.org saytına deyiblər ki, Samir Kaçayevin məzarının üstü götürülüb. Lakin qəbirüstü abidə hazır olmadığından bir qədər gec qoyulub. “İcra hakimiyyətinin və Dövlət Rəssamlıq Akademiyasının yardımı ilə qəbirüstü abidə hazırlanır. Abidə tamamlandıqdan sonra qoyulacaq”,-deyə qurumdan əlavə ediblər.

Şamaxıdan olan digər şəhidlər- Elşən Səlimov və Nazim Zəkərəyevin qəbirüstü abidələri isə artıq qoyulub. İcra hakimiyyətindən şəhidin adı ətrafında qalmaqal yaradılmasından narahat olduqlarını da qeyd ediblər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın