Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / İcra başçısının qoçuları ilə vətəndaşın əlbəyaxa davası – VİDEO

İcra başçısının qoçuları ilə vətəndaşın əlbəyaxa davası – VİDEO

Sabunçu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən 30 yaşlı Əli Mirzəbəyov haqsızlıqla qarşılaşdığını deyir.
İcra hakimiyyətinin əməkdaşları tikiliyə icazə vermək üçün ondan 3 min manat rüşvət istəyiblər. Pul verməyəndə isə evini sökdürüblər:
“Dedim, cəmi 5 min manatım var, ona da evimi tikdirəcəm. Gəl sənə 500 manat verim. Fəhləyəm, pulu zülmlə qazanıram. Özümdə də kənd sovetinin ev tikdirmək üçün sənədi var. Gəlib evimi sökdülər”.
Məsələ ilə bağlı İcra Hakimiyyətindən rəsmi mövqe öyrənmək mümkün olmayıb.
Vətəndaşla İcra Hakimiyyətinin işçilərinin dava-dalaşla keçən qarşıdurmasını, onların arasında gedən pul mübahisəsinin detallarını bu videodan izləyə bilərsiniz: (kanal13.tv)

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın