Ana səhifə / Siyasət / İcra başçısının qəzada ölən qardaşına Putin mükafat veribmiş

İcra başçısının qəzada ölən qardaşına Putin mükafat veribmiş

Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.

İcra başçısı “Qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu.  Ona deyirdilər  ki, maşın idarə etmə”.

L. Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib:

“Maşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O da başına aldığı zərbədən dünyasını dəyişib. “Lexus” markalı maşın idarə edirdi. O, Novosibirsk  Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. 2 oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah Bakıya gətiriləcək və Mingəçevirdə dəfn olunacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın