Ana səhifə / Siyasət / İcra başçısı şöbə müdirini vəzifədən azad etdi – “Referendum”u dəstəkləyən məmurla bağlı qərar verildi

İcra başçısı şöbə müdirini vəzifədən azad etdi – “Referendum”u dəstəkləyən məmurla bağlı qərar verildi

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.
Bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.
Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti “facebook”da və mətbuatda ciddi tənqid olunub/Report.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …