Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İcra başçısı Rəsulzadənin adını küçədən götürtdü

İcra başçısı Rəsulzadənin adını küçədən götürtdü

Azərbaycanda fəaliyyət göstərən Demokrat.az saytı maraqlı və aktual bir yazı ilə çıxış edib. Yazı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun özbaşına atdığı addımla bağlıdır.

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, “İstiqlaliyyət küçəsi” adlandırılıb.

Bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.

İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.

İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.

Şəhər sakinləri Demokrat.az-a bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb:

“İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M.Ə.Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik”.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …