Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “İcra başçısı kimdir, toxunulmazdır?!” – DYP-dən reaksiya

“İcra başçısı kimdir, toxunulmazdır?!” – DYP-dən reaksiya

Mətbuatda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbərlər yayılıb.

Azinforum.az xəbər verir ki, modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov icra başçısının avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirərkən deyib ki, kimliyindən asılı olmayaraq, yol hərəkət qaydalarını pozan şəxs barəsində mütləq tədbir görülür: “İstər icra başçısı olsun, istərsə də başqa sahənin əməkdaşı, mütləq cərimələnir”.

Polis rəisi məsələ ilə maraqlanan jurnalistlərə qəzəbini də gizlətməyib: “Dediyiniz adam hərəkət iştirakçısı, sürücü deyil?! İcra başçısı kimdir, toxunulmazdır?! Deyirsiniz, qayda pozubsa, cərimələməyək?! Bundan başqa, mən hər cərimə meydançasına aparılan avtomobilin sahibinin kimliyi ilə maraqlansam, onda gərək işləməyəm. Hansı qanuna əsasən cərimə olunan şəxsin kimliyi barədə məlumat verilməlidir?!”.

Vaqif Əsədov jurnalistləri sensasiya axtarmaqda ittiham edib:

“Dünən bütün günümü teleaparıcı Nanə Ağamalıyevanın ölüb-qalmasını öyrənməyə sərf etmişəm. Nanə ölüb, ya ölməyib, sizə nə?! Jurnalistlər niyə bununla maraqlanır? İndi jurnalistlərin hamısı sensasiya marağındadır”.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın