Ana səhifə / Siyasət / İcra başçısı ilə jurnalistin məhkəmə çəkişməsi davam edir

İcra başçısı ilə jurnalistin məhkəmə çəkişməsi davam edir

Bu gün Şirvan Apellyasiya Məhkəməsində jurnalist Mirələm Həşimovun Masallı rayon məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

“ Azinforum.az ” ın Cenubnews.com-a istinadən verdiyi xəbərə görə, şikayət qismən təmin olunub və M.Həşimovun ödəməli olduğu kompensasiyanın məbləği 2 min manatdan 500 manata endirilib.

Qeyd edək ki, Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov iddia ərizə ilə rayon məhkəməsinə müraciət edərək Cenubnews.com İnternet Qəzetinin baş redaktoru Mirələm Həşimovdan onun barəsində yaydığı 3 xəbərin təkzib olunmasını və beş min manat kompensasiya ödənilməsini tələb edib. Masallı rayon məhkəməsi iddianı qismən təmin edib, xəbərlərin təkzib olunmasını və M.Həşimov tərəfindən iki min manat kompensasiya ödənilməsi barədə qəbul edib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın