Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət /  İcra başçısı Daxili Qoşunların “N” saylı hərbi hissəsində – Foto

 İcra başçısı Daxili Qoşunların “N” saylı hərbi hissəsində – Foto

05 aprel 2017-ci il tarixində Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
“Şahin” hərbi-idman oyununun Nizami mərhələsi Dövlət himninin səsləndirilməsi ilə başladı.
İlk öncə Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat verib və yarışın şərtlərini iştirakçıların diqqətinə çatdırıb.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaqdan, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərilməsindən ibarət olduğunu bildiriblər.
Həmçinin natiqlər vaxtılə bu kimi oyunlarda iştirak etmiş bir sıra gənclərin bu gün müstəqil ordumuzun ayrı-ayrı bölmələrində şərəflə xidmət göstərdiyini və ordumuzun gücünə güc qatdıqlarını vurğulayaraq, bugünkü oyunun iştirakçılarından da gələcəkdə ordumuzun sıralarında ləyaqətlə xidmət edəcək zabitlər yetişəcəyinə ümidvar olduqlarını söyləyiblər.
Qeyd edək ki, Nizami rayonunda yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin daha da gücləndirilməsinə, orta məktəb şagirdlərini hərbi idman oyununa geniş cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, yuxarı sinif şagirdlərindən ibarət rayon komandası “Şahin” hərbi idman oyunları üzrə respublika yarışlarında 2011, 2014 və 2015-ci illərdə 2-ci, 2012-2013-cü illərdə isə 1-ci yerə layiq görülüblər.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın