Ana səhifə / Siyasət / İcra başçılarından götürülən pullar hara gedir?

İcra başçılarından götürülən pullar hara gedir?

İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun evində aparılan axtarış zamanı külli miqdarda pul vəsaitləri aşkar olunub. İcitmaiyyətə ötürülən bu görüntülər rezonans doğurmaqla bərabər geniş müzakirələrə yol açıb.
Suallardan biri keçmiş icra başçısının ələ keçirdiyi milyonlarla vəsaitin gələcək aqibəti ilə bağlıdır. Korrupsiya, mənimsəmə, rüşvətlə əldə olunduğu qeyd olunan pulların müsadirəsi, dövlətə qaytarılması necə həyata keçirilir?
Hüquq və İctimai İnkişaf Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov Azpolitika.info-ya şərhində məmur həbslərində aşkar edilən pulların mənimsəmə, rüşvət alma və digər vəzifə cinayətləri ilə əldə edilmiş vəsaitlər hesab edildiyini bildirib. Cinayət əməli ilə əldə edilmiş bu vəsaitlər müsadirə edilərək dövlət büdcəsinə qaytarılır.
Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev isə qeyd edib ki, büdcə təsnifatının gəlirlər hissəsində belə bir maddə var: “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar”.
Xatırladaq ki, dövlət nəzarət orqanları – Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti açıqladıqları hesabatlarda yerli icra strukturlarının müxtəlif yollarla təyinatından yayındırılan büdcə vəsaitlərinin qaytarıldığı barədə məlumat verirlər. Hesablama Palatasının 2019-cu ili əhatə edən audit hesabatında korrupsiya yolu ilə ələ keçirilmiş 70 milyon manatdan artıq vəsaitin 21 milyon manatının büdcəyə ödənilməsinin təmin edildiyi bildirilib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …