Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “İçmişdim, hardan dedisə, ordan vurdum” – Silikon qalmaqalı

“İçmişdim, hardan dedisə, ordan vurdum” – Silikon qalmaqalı

“Mən ona diplomumu göstərməmişəm, həkim olduğumu bəyan etməmişəm. O, tibb bacısıdır və mənim görüşdüyüm xanımın rəfiqəsi olub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu gənc qız Merve Keleşin dodağını yararsız hala salan Soner G. “Rengli Sayfalar” verilişində deyib.

O, özünün saç ustası olduğunu, sərxoş vəziyyətdə 22 yaşlı qızın dodağını qalınlaşdırdığını söyləyib:

“Onlarla bərabər evə oturmuşduq, içki içirdik. Merve Keleş üzərində dolğu maddəsinin olduğunu söylədi, dodağını qalınlaşdırmağımı istədi. Mən isə etiraz etdim, lakin təkid etdi. Üç il əvvəl bu sahədə işləmişdim. Hardan göstərdisə, ordan vurdum. Onlar məndən 10 min TL pul istədilər. Verməyəndən sonra 3 min istədilər”.

Qeyd edək ki, Merve açıqlamasında dodağını qalınlaşdırmaq Azərbaycanda təhsil aldığını deyən həkimə müraciət etdiyini söyləmişdi.

O, ev şəraitində dodağına maddə vurulduğunu, indi həyatının təhlükədə olduğunu söyləmişdi.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın