Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İçərişəhərdə möhtəşəm Yeni il art-yolkası – FOTO

İçərişəhərdə möhtəşəm Yeni il art-yolkası – FOTO

Yolka orijinallığı ilə seçilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Qız Qalası yaxınlığında Yeni il bayramı ərəfəsində qeyri-adiliyi və orijinallığı ilə seçilən möhtəşəm art-yolka quraşdırıb.

Oxu.Az xəbər verir ki, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir.
İnstallyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.

İdarə şəhərimizin sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir.

Milli tarix və mədəniyyətimizin qədim xəzinəsi olan İçərişəhərlə daha bir görüş sizdə və yaxınlarınızda ən xoş təəssüratlar yaradacaq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın