Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İbrahim Kalın Qarabağdan danışdı: “Proseslərin sürətlə irəliləyəcəyini düşünürəm”

İbrahim Kalın Qarabağdan danışdı: “Proseslərin sürətlə irəliləyəcəyini düşünürəm”

“Proseslərin bundan sonra sürətlə, konstruktiv istiqamətdə irəliləyəcəyini düşünürəm. Bizim bu mövzudə mövqeyimiz açıq və konkretdir”.

Bu fikirləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan bizim sərhəd qonşumuzdur. Ona görə də sərhədin açılmasını, diplomatik əlaqələrin başlamasını diləyirik. Bunun üçün bəzi şərtlər yerinə yetirilməli, məlum məsələlər müzakirə edilməlidir. Xüsusi nümayəndələrin işi onsuz da bu məqamların həlli ilə bağlıdır. Ermənistanın bir tərəfdən Azərbaycanla, digər tərəfdən Türkiyə ilə əlaqələrini normallaşdırması bütün bölgəyə fayda verəcək. Bu, ən çox Ermənistana lazımdır. Çünki Ermənistan kiçik, yoxsul, əhalisi az olan, dənizə çıxışı olmayan, ticarət yolları məhdud ölkədir. Azərbaycanla sülh müqaviləsinin imzalanması əlaqələrin yaranması deməkdir. Türkiyə ilə əlaqələrin normallaşacağı təqdirdə sərhəd ticarətindən sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə inkişaf olacaq. Bütün bunlar Ermənistanın, erməni xalqının xeyrinədir. Bizim ölkəmizdə yaşayan erməni vətəndaşlarımızla da çox yaxşı əlaqələrimiz var. Onlara qarşı ayrı-seçkilik, hücum olsa, hər zaman konkret mövqe sərgiləyəcək. Onları müdafiə edəcəyik. Onların bir problemləri olanda dərhal bizə müraciət edə bilərlər”, – Ərdoğanın sözçüsü vurğulayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …