Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Hüseynqulu Bağırov ova gələn ərəb şahzadələrdən danışdı

Hüseynqulu Bağırov ova gələn ərəb şahzadələrdən danışdı

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov məsələlərinə ciddi nəzarət edir”

Azinforum.az “Report”a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzarət altında tənzimlənən ov hətta biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir: “Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb, məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur. Məsələn, Azərbaycanın şimal qərb zonasında Böyük Qafqazın şimal qərb ətəklərində yaxşı bir ovçuluq təsərrüfatı yaradılıb. Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov apara bilər. Eyni zamanda, paradoks da olsa həmin ərazilərdə heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. Amma başqa hallar da olur. Biz onun tərəfdarıyıq ki, bütün bu hallar Azərbaycan qanunlarına, Azərbaycan adət-ənənələrinə, o cümlədən ov sahəsində hörmətlə yanaşmaqla müşahidə olunsun, lisenziya əsasında aparılsın. Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma onlar da bu işi qanun əsasında görməlidir”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın