Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hüseyn Abdullayev prezidentliyə iddiasını açıqladı

Hüseyn Abdullayev prezidentliyə iddiasını açıqladı

Xaricdə mühacir həyatı yaşayan iş adamı Hüseyn Abdullayev  2018-ci ilin prezident seçkilərində namizəd olacağını bəyan edib.

O, bununla bağlı öz feysbuq profilində status paylaşıb. Həmin statusda yazır ki, o, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindədir. Hüseyn Abdullayev yazır ki, onun bu qərara gəlməsi Bakıdakı bir çox qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsinə qarşı yönəlmiş qarayaxma təbliğatlara start veriləcək: “Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz. Önəmli olan millətimizin istəyi və qərarıdır… Vətənə xidmət ən böyük ibadətdir”. Daha sonra H. Abdullayev prezident seçiləcəyi təqdirdə görəcəyi işlərdən yazıb.

Qeyd edək ki, bundan günlər öncə Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev gələn ilki seçkilərdə iddiasını irəli sürüb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …