Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / ““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” – DEPUTAT

““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” – DEPUTAT

“Human Rights Watch” təşkilatı Azərbaycanı komalaşmış döyüş sursatlarından (cluster munitions) istifadə etdiyinə görə tənqid edib, bunun beynəlxalq hüquqa zidd olduğunu yazıb. Doğrudur, komalaşmış döyüş sursatlarını qadağan edən beynəlxalq anlaşma var və dünyanın bir çox ölkəsi ona qoşulub. Qoşulmayanların arasında ABŞ, Rusiya, Çin kimi dövlətlər var. Həmçinin Ermənistanla Azərbaycan da ona qoşulmayıblar. Odur ki, formal hüquqi baxımdan nə Ermənistan, nə də Azərbaycan komalaşmış döyüş sursatlarından istifadə etdiyinə görə beynəlxalq hüququ pozmuş sayıla bilər”.

Bunu millət vəkili Erkin Qədirli deyib.

O qeyd edib ki, “Human Rights Watch” ancaq Azərbaycanı tənqid edib, çünki o hesabatı Ermənistan tərəfdə çalışan əməkdaşı yazıb:

““Human Rights Watch” Azərbaycana da öz əməkdaşını göndərmək istəyirdi. Məndən də dolayısıyla yardım etmək xahiş olunmuşdu. Əlaqələrimdən istifadə edib hökumətin diqqətinə çatdırmağa çalışdım. Alınmadı. Buraxmadılar. “Human Rights Watch”un əməkdaşı Azərbaycana gələ bilsə idi, Ermənistanın da bizə qarşı həmin silahlardan atdığını görə bilərdi. O zaman hesabat daha tarazlı olardı. İndiki halda isə hesabat birtərəflidir və gerçəkliyi əks etdirmir. Hökumət bunu anlamalı idi. Bunun belə ola biləcəyini dəfələrlə izah etməyə çalışsam da, yanlış qərar verdilər”. 

Qadağan olunmuş silahlara gəldikdə isə deputat vurğulayıb ki, “Human Rights Watch” komalaşmış döyüş sursatlarına dair seçdiyi yanaşmanı piyadalara qarşı minalara da tətbiq etməli idi:

“Dünyanın əksər ölkələri bu cür minaların istifadəsini qadağan edən beynəlxalq anlaşmaya qoşulublar. Qoşulmayanların arasında ABŞ, Rusiya, Çin və s., eləcə də Ermənistan və Azərbaycan var. “Human Rights Watch” Azərbaycanı komalaşmış döyüş sursatlarından istifadə etdiyinə görə tənqid etdiyi kimi, Ermənistanı da piyadalara qarşı minalardan istifadə etdiyinə görə tənqid edə bilərdi. Bir halda ki, bizi qoşulmadığımız anlaşmanı pozmaqda suçlayırlar, eyni yanaşmanı Ermənistana da tətbiq etməli idilər. Bunu rahat edə bilərdilər, çünki Ermənistan tərəfdə çalışan əməkdaşları vardı. Etmədilər”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …