Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Hilal Əsədovun həbsinə hazırlıq gedir! – Həbs dalğası Eldar Mahmudovu haqlayır

Hilal Əsədovun həbsinə hazırlıq gedir! – Həbs dalğası Eldar Mahmudovu haqlayır

Artıq fəaliyyətinə xitam verilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyevin həbsi istintaqı keçmiş nazir Eldar Mahmudovun həbsinə daha bir addım yaxınlaşdırıb.
İstintaqa yaxın mənbələrdən virtualaz.org saytına məlum olub ki, MTN işi üzrə araşdırmalar dərinləşdikcə Eldar Mahmudova qarşı ittihamların irəli sürülməsi də qaçılmaz görünür.
Xəbər verildiyi kimi general Elçin Quliyev əvvəlcə vəzifəsindən azad edilərək MTN Akademiyasına müəllim göndərilmişdi. Belə təsəvvür yaranırdı ki, E.Quliyev həbs təhlükəsindən sovuşa bildi. Baxmayaraq ki, onun müavini, Mahmudov-Çovdarov bandasının “qvardiyaçısı” polkovnik İlqar Məmmədov hələ oktyabr ayında, Eldar Mahmudovun qruplaşmasının zərərsizləşdirilməsi üçün Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin keçirdiyi xüsusi əməliyyatda həbs edilmişdi. Bir neçə gün əvvəl isə İ.Əliyev təcridxanada özünü asaraq intihar etdi.
Və maraqlıdır ki, İ.Əliyevin həbsindən sonra istintaq gözlənilmədən E.Quliyevin barəsində həbs qərarı verdi. Belə görünür ki, bu qərarın verilməsində İ.Əliyevin istintaqa verdiyi ifadələrin rolu olub. MTN işi üzrə istintaq prosesi olduqca qapalı aparıldığından və mətbuata informasiya sızdırılması xeyli məhdudlaşdırıldığından təfərrüatlar barədə məlumat yoxdur.
Bununla belə istintaqa yaxın mənbələr deyirlər ki, həbs edilənlər bir qayda olaraq rəislərini “satırlar”. Onların arasında “bərk qoz” çıxanı hələ ki, yoxdur. Dindirilənlər dəhşətli cinayət əməllərini “aldıqları əmr əsasında” həyata keçirdiklərini inkar etmirlər. Deməli istintaqda E.Mahmudovun əleyhinə ifadələr və dəlillər də yox deyil.
Mənbələr ehtimal edir ki, bu günlərdə yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə almayan, nəticədə xüsusi xidmət orqanlarından kənarlaşdırılan keçmiş nazir müavini Hilal Əsədovun da həbsinə sanksiya vermək üçün istintaqda dəlillər toplanmaqdadır. Bəzi ehtimallara görə, həbsləri E.Mahmudovda yekunlaşdırmaq üçün ondan əvvəl H.Əsədovu da həbs edə bilərlər.
Xatırladaq ki, E.Mahmudovun MTN-in Zuğulbadakı bağ evində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin xüsusi təyinatlı döyüşçülərinin nəzarəti altında, faktiki ev dustağı kimi saxlanıldığı barədə məlumatlar var. İstintaqım gedişi onun başı üzərini alan buludların daha da sıxlaşdığını göstərir…
moderator.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın