Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Hicab qadağası qüvvədə qaldı

Hicab qadağası qüvvədə qaldı

Bosniya-Herseqovinanın ali məhkəmə orqanı məhkəmələrdə və digər hüquq orqanlarında baş örtüyü və ya digər dini simvollar gəzdirməyə qadağanı qüvvədə saxlayıb. Qərar fevralın 11-də elan olunub. Həftəsonu paytaxtda və digər şəhərlərdə bu qadağaya etirazlar keçirilmişdi.

Qadağa hakimlərə və Bosniya ədliyyənin digər işçilərinə aiddir. Ancaq hicab xüsusi qeyd olunur.
Bu qadağa hələ oktyabrda elan olunub. Ancaq iki həftə öncə qüvvəyə mindiyindən ciddi tənqid və kütləvi etirazlar doğurub.

Ən böyük etiraz fevralın 7-də Sarayevoda keçirilib. Daha çox qadınlardan ibarət 2 min nəfər hicab geyinmək hüququna dəstək nümayişinə çıxıb. /azadliq.org/

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın