Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Heydər Əliyevi Bakya çağıran məşhur “91-lər” bir araya gəldi –FOTOLAR

Heydər Əliyevi Bakya çağıran məşhur “91-lər” bir araya gəldi –FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatının keçirdiyi silsilə tədbirlər çərçivəsində “91-lər”lə görüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir “91-lər”in dünyasını dəyişən üzvlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Şəmsəddin Hacıyev qeyd edib ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir.

Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “91-lər”in üzvü Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, yüz minlərlə insan Heydər Əliyevin Azərbaycana qayıdışını gözləyirdi. Heydər Əliyevi hakimiyyətə çağırmaqla Azərbaycan xalqı ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsindən qorudu.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək deyib ki, YAP-ın yaranması mürəkkəb və çətin bir dövrə təsadüf edib. İyirmi beş il keçməsinə baxmayaraq, yenə də çox mürəkkəb tarixi mərhələ yaşayırıq. 1994-ci il sentyabrın 20-də “Əsrin müqaviləsi” nə qədər böyük risklər altında imzalandısa, bu il sentyabrın 14-də imzalanan və yeni əsrin yeni müqaviləsi kimi səciyyələndirilən saziş də bir o qədər mürəkkəb bir dövrdə imzalandı. Ondan sonra yaranan siyasi-iqtisadi münasibətlər iqtisadi müstəqilliyimizi təmin edəcək mühüm bir hadisə kimi tarixi yaddaşımızda qaldı.

Tədbirdə iştirak edən “91-lər”in üzvləri YAP-ın ötən 25 ildə Azərbaycan dövlətçiliyinin güclənməsinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələrini qeyd ediblər. Natiqlər YAP-ın bu gün öz üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəldiyini və müstəqil dövlətimizin daha da güclənməsinə var gücü ilə xidmət etdiyini vurğulayıblar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …