Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Heydər Əliyev adına liseydə nurçuluğu kim təbliğ edir – ŞOK TƏFƏRRÜAT

Heydər Əliyev adına liseydə nurçuluğu kim təbliğ edir – ŞOK TƏFƏRRÜAT

Umud Babaşov Heydər Əliyev adına liseydə nurçuluğun təbliğini şagirdlərə və pedaqoji heyətə qarşı sərgilənən kobudluq və özbaşınalıqların müşayiətilə həyata keçirir

Məlum olduğu kimi, Türkiyə hökuməti bu qardaş ölkədə iyulun 15-də baş vermiş hərbi çevrilişə cəhdin Fətullah Gülən tərəfindən həyata keçirildiyini bəyan edib. Məhz elə bu səbəbdən də, çevriliş dəhdindən dərhal sonra Gülən hərəkatına xidmət etdiyi iddia olunan (“nurçular”) ordu mənsubları, məhkəmə sisteminə məxsus olan şəxslər həbs edilib. Xatırladaq ki, Türkiyədə 2014-cü ildə də nurçulara qarşı irimiqyaslı əməliyyatlar keçirilmişdi. O zaman qonşu ölkədə baş verən bu proseslər Azərbaycana da öz təsirini göstərmişdi. Belə ki, həmin vaxt Azərbaycanda nurçularla sıx əlaqələri olan müəyyən vəzifəli şəxslərin işdən çıxarılması, nurçulara məxsus olan media qurumları və təhsil ocaqlarından bəzilərinin bağlanması baş verdi. Lakin bu tədbirlər problemin kökündən həllini təmin etməyə kifayət edirmi? Əlbəttə ki, yox. Məsələ bundadır ki, bu gün qardaş Türkiyədə okeanın o tayından dövlət çevrilişi etməyə cəhd göstərmiş Fətullah Gülənin ardıcılları hazırda Azərbaycanda da müxtəlif qurumlara yerləşərək öz təbliğatlarını aktiv şəkildə davam etdiməkdədirlər. O cümlədən, Azərbaycanda nurçuların daha çox hədəfə aldıqları sahələrdən biri kimi də məhz ölkənin təhsil sistemini göstərmək olar. Mövzuya dair dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişik ki, son illər Azərbaycanın təhsil sistemi məhz nurçuluğun timsalında, indiyədək qarşılaşdığı bütün digər “ənənəvi” problemlərdən daha ciddi bir təhlükə ilə üz-üzə qalmışdır. Çünki ölkənin təhsil sisteminə daxil olmaqla, nurçuluğu təbliğ edən ünsürlər minlərlə uşaq və gənclərimizin milli-vətənpərvər ruhda formalaşmaları işini əngəlləyir, yetişməkdə olan gənc nəslin düşüncə tərzini bizə yad ideologiyalara tabe etdirirlər. Həmçinin qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə bu mövzuya toxunmuş, ayrı-ayrı nurçuların müəllim, məktəb direktoru və digər aparıcı vəzifələrə necə gəlib çıxmaları, ən əsası isə, bu vəzifələrdə təmsil etdikləri təriqətin ideologiyasını uşaq və gənclərə təlqin etmək üçün hansı üsullara əl atmaları barədə ətrafı açıqlamalar təqdim etmişdik.

Barəsində dəfələrlə tənqidi fikirlər səsləndirdiyimiz belə vəzifə sahiblərindən biri də Bakının Xətai rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına liseyin direktor əvəzi Umud Babaşovdur. Artıq dəfələrlə qeyd olunduğu kimi, Umud Babaşov əvvəllər Mingəçevirdə fəaliyyət göstərən “Çağ Öyrətim” liseyində çalışıb. Nurçuluq təriqətilə sıx bağlılığı olan bu liseylər şəbəkəsi bağlandıqdan sonra isə, Umud Babaşov da Bakıya gəlib. Amma iddialara görə Umud müəllim indinin özündə də bu təriqətin banisi olan Fətullah Gülənin ideyalarına sadiqliyində qalmaqdadır. Buna görə də, hal-hazırda Heydər Əliyev adına liseydə yaranmış vəziyyət eyni zamanda həm milli-mənəvi, həm də siyasi çalarları ilə ciddi narahatlıq doğurmaya bilməz. Bu xüsusda bir müddət əvvəl aldığımız açıqlamalardan birində yazılanları bir daha diqqətinizə təqdim etmək istərdik. Həmin açıqlamada deyilirdi: “Umud Babaşov liseydə nurçuluğun təbliğini şagirdlərə və pedaqoji heyətə qarşı sərgilənən kobudluq və özbaşınalıqların müşayiətilə həyata keçirir. Direktor əvəzi müəllimləri məktəbdən qovmaqla, özünün nurçu məsləkdaşlarına burada yer hazırlamağı qarşısına məqsəd qoyub. Həmçinin Umud Babaşov XI siniflərin birləşməsi nəticəsində boşaltdığı sinif otaqlarını hazırlıq məşğələləri keçən nurçu müəllimlərə “icarəyə” verir. Bu səbəbdən məktəbə kənar şagirlərin axını formalaşır. Bu gənclər isə, liseyin daxili qaydalarına qətiyyən tabe olmurlar. Məktəbin dəhlizlərində siqaret çəkilir, qeyri-etik davranışlara yol verilir. Xüsusilə tez-tez gəlmə şagirdlərlə liseyin şagirdləri arasında dini mövzuda mübahisələr yaranır. Belə ki, geyim tərzləri, görkəm və danışıqları gəlmə şagirlərin əksəriyyətinin nurçuluq təriqətinə cəlb olunduqlarını deməyə əsas verir. Öz növbəsində onlar da bu təriqəti liseydə yaymağa çalışır, bəzən isə bunu hətta zor tətbiq etməklə həyata keçirməyə də cəhd göstərirlər. Umud Babaşov isə, yaranan hər belə vəziyyətdə mütləq gəlmə şagirdlərin mövqeylərini dəstəkləyir…”

Aldığımız ən son məlumatda isə, Umud Babaşovun “təhsil makleri” kimi fəaliyyətinə dair maraqlı açıqlama təqdim olunur. Mənbə bildirir ki, iyul ayının 31-də Umud Babaşov 15 günlük məzuniyyət götürərək, Türkiyənin İstanbul şəhərinə yola düşmüşdür. Lakin açıqlamaya görə onun məqsədi dincəlmək deyil. Belə ki, Umud Babaşovla birgə İstanbula ölkəmizdə ali məktəblərə qəbul imtahanlarından keçə bilməyən bir neçə nəfər gənclər də yola düşüblər. Məlumata görə, lisey direktoru (direktor əvəzi) həmin gəncləri İstanbul universitetlərinə “yerləşdirməyi” öhdəsinə götürüb.

Göründüyü kimi, Fətullah Gülənin ardıcılları Azərbaycanda da “dinc durmurlar”. Bu isə, müvafiq qurumlar tərəfindən təcili tədbirlərin görülməsi zərurətini ortaya qoyur. Əks halda, bir neçə müddətdən sonra bu ekstremizmə meyilli təriqətin hansı fəsadlara yol aça biləcəyi barədə həyəcansız düşünmək belə olmur.

Materialda adı keçən bütün tərəflərin mövqeini işıqlandırmağa hazırıq.

//Bizimdovr.az

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın