Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Helsinki Komissiyasından əcaib hərəkət- seçkini müşahidə etmədən, qərəzli hesabat hazırladı

Helsinki Komissiyasından əcaib hərəkət- seçkini müşahidə etmədən, qərəzli hesabat hazırladı

2016-ci il Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Erməni Milli Komitəsinin ABŞ Konqresi və Barak Obamanı döyüş əməliyyatlarına şəxsən rəhbərlik etdiyi üçün Azərbaycan prezidentinə təzyiq etməyə və Azərbaycan hərbi yardımı dayandırmağa çağırış müraciətini imzalayan kongresmenlərdən ikisi Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Komissiyasının üzvü idi. Bu müraciətin ana xəttində cəbhədəki son gərginliyin Azərbaycan tərəfinin və şəxsən prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə olduğu göstərilmişdir.
ABŞ Kongresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Komissiyasının erməni lobbisi və Erməni Milli Komitəsi ilə sıx əməkdaşlığı 2000-ci illərin əvvəllərinə təsadüf edir. Bu əməkdaşlıq Corc Buş Administrasiyası yanında ABŞ Milli Təhlükəsizlik Nazirliyinin Ermənistanın adını təhlükəli ölkələr siyahısından çıxarmaqla , silah alverinə , xüsusi ilə İraqda amerika əsgərlərinə qarşı istifadə olunan silahların yerli terrorçu qruplara satılmasında iştirak etməsinə görə sanksiyaların tətbiq edilməsinin qarşısını almasından sonra baş vermişdir.
Son 18 ildə isə erməni lobbisi açıq şəkildə ABŞ kongressində Erməni Milli Komitəsinin tərəfdaşları olan kongresmenlərin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Komissiyasına seçilməsinin lobbiçiliyini aparır.
Ümimiyyətlə isə Erməni Milli Komitəsinin ABŞ kongresindəki fəaliyyətinin miqyası haqqında misal olaraq onların 2008-ci ildə kongres və senata 15 nəfərin, Nümayəndələr Palatasına isə 211 şəxsin namizədliyini siyasi və iqtisadi dəstəklənməsini göstərə bilərik.
Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirmək Erməni Milli Komitəsinin prioritet məsələlərindən biridir. Çünki cağdaş qlobal siyasətdə istər dövlətlərarası , istərsə də beynəlxalq münasibətlərdə maraqların təmin edilməsində mühüm alətlərdən biri də məhz informasiya müharibəsidir.
Helsinki Komissiyasının aprelin 11 -də keçirilən növbədən kənar prezident seçkilərin müşahidəsinin heç bir mərhələsində iştirak etmədən , əllərində  heç bir baza sənədi olmadan seçkiləri tənqid etməsi erməni lobbisinin təsiri altında olan üzvlərinin ölkəmizlə bağlı növbəti qərəzli mövqeyi  hesab edilməlidir.

Yeganə HACIYEVA, Politoloq

Azinforum.az

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …