Ana səhifə / Siyasət / “Heç bir güzəştə imkan verməyəcəyik” – Türkiyə MN

“Heç bir güzəştə imkan verməyəcəyik” – Türkiyə MN

30 illik işğala son qoyan azərbaycanlı qardaşlarımızın qələbəsini qeyd edirik və sevinclərini bölüşürük.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, 10 noyabr tarixli sülh bəyanatı ilə Ermənistanın işğalı sona çatdı və Azərbaycanın doğma yurdu olan Qarabağ azad edildi.

“11 noyabrda bölgədə atəşkəsin təftişi və nəzarət üçün qurulmasına qərar verilmiş Türkiyə-Rusiya birgə Müşahidə Mərkəzi ilə bağlı anlaşma memorandumu imzalandı. Bu Mərkəzi ilə bağlı prosedur və prinsiplər Rusiya Federasiyası ilə müzakirə olunur. Nümayəndə heyətləri arasında ilk görüş dünən Milli Müdafiə Nazirliyində keçirilib. İclaslar bu gün də davam edəcək.

İmzalanmış atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesini yaxından izləyəcəyik, heç bir güzəştə imkan verməyəcəyik və ehtiyac olsa, tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi göstərəcəyimizi bir daha vurğulamaq istəyirik”. Azvision.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …