Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / HDP lideri 19 ilə qədər azadlıqdan məhrum edilə bilər – Təfərrüat

HDP lideri 19 ilə qədər azadlıqdan məhrum edilə bilər – Təfərrüat

Türkiyədə Diyarbakır prokurorluğunun toxunulmazlığının ləğvi üçün cinayət işi başlatdığı HDP həmsədri Səlahəddin Dəmirtaş uzun müddətə azadlıqdan məhrum edilə bilər.

Avropa.info xəbər verir ki, HDP lideri Dəmirtaşın haqqında cinayət işi açılacağı təqdirdə 4 ayrı maddə ilə 4 ildən 19 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunacaq.

Diyarbakır Prokurorluğu “Türk millətini, Türkiyə Respublikası dövlətini, dövlətin təşkilat və orqanlarını açıq alçaltmaq”, “cinayət işləməyə açıq təhrik etmək”, “Prezidenti təhqir etmək” və “terror təşkilatının təbliğatını aparmaq” maddələri ilə konstitusiyanın 83-cü maddəsinə uyğun olaraq görə HDP liderinin toğunulmazlığının ləğv olunmasını tələb etmişdi.

Dəmirtaş haqqında hazırlanan iddianamə Türkiyə Parlamentinə təqdim edilmək üçün Ədliyyə Nazirliyinə göndərilib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın