Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hava Limanında yeni xidmət rəisi – Təyinatı

Hava Limanında yeni xidmət rəisi – Təyinatı

Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə təyinat həyata keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələ Hava Limanının rəisi, mayor Babək Orucov Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP xidməti bölməsinin rəisi təyin olunub. Babək Orucovun dünən vəzifədən azad olunan polkovnik Gündüz Bağırovun vəzifəsini icra edib-etməyəcəyi bizə məlum deyil.

Qeyd edək ki, dünən DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə işdə yol verdiyi nöqsanlara görə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik Gündüz Bağırov vəzifədən azad olunub. Onun hansı qüsurlara görə işdən azad olunması haqda bizdə məlumat olsa da, rəsmi olaraq təsdiqlənmədiyi üçün dərc edə bilmirik.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın