Ana səhifə / Siyasət / “Hansı məmuru silkələsən, gərək həbsxanaya atasan” – DEPUTAT

“Hansı məmuru silkələsən, gərək həbsxanaya atasan” – DEPUTAT

“Azərbaycanda hansı məmuru silkələsən, ciddi yoxlasan, gərək həbsxanaya atasan”.

Bunu Modern.az-a müsahibəsində millət vəkili Razi Nurullayev deyib. O, bildirib ki, Azərbaycanda tam şəffaf işləmək üçün o şərait olmayıb. Hər kəs bir-birinin əməlini örtüb, öz əməlini nəyinsə hesabına gizlədə bilib. 

“Bu durum cəmiyyətə sarmaşıq kimi dolanıb. Həmin sarmaşığın bir qolunu təmizləsən belə bu bütövlükdə problemi həll etməyəcək. Bütün bunları həll etmək üçün Azərbaycanın siyasi sistemində olan korrupsiyanı aradan qaldırmaq lazımdır.

Hesab edirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni idarəçilik sistemi yaratması da bununla əlaqədar idi. Azərbaycanda idarəçiliklə bağlı Konstitusiya dəyişikliklərinə ehtiyac var. Bu idarəçilik özünü doğrultmadı. Bu məsələdə ictimai dinləmələr, xalqın fikri vacibdir. Bu gün deyirlər ki, İcra hakimiyyətləri ləğv olunsun. Nə fərqi var? Sistemi dəyişməyənə qədər səthi dəyişiklik etməyə nə ehtiyac var? 

Bütövlükdə köhnə sistemdən imtina edib, yeni sistem qurmaq lazımdır. Cənab Prezident sistemin özündə dəyişikliklər üçün çalışır. Amma yenə də nəticə çox aşağıdır. Siyasi idarəçilik dəyişməlidir. Lazımdırsa, Konstitusiya dəyişikliklərinə gedilsin, qanunlarımız buna uyğunlaşdırılsın. Parlament, şəxsən mən bununla bağlı gecə-gündüz işləməyə hazıram”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …