Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Hakimiyyət uğrunda bir-birilərini didəcəklər”

“Hakimiyyət uğrunda bir-birilərini didəcəklər”

“Bu ilin əvvəlində Ermənistanda vəziyyət gərginləşəndə jurnalistlərin suallarına cavab olaraq demişdim ki, “bu xəmir hələ çox su aparacaq”. Yenə də deyirəm ki, işğalçı ölkədə yeni hakimiyyət seçilənə qədər bir proses olacaq, seçiləndən sonra isə başqa bir hadisələr baş verəcək. Mən belə düşünürəm ki, ermənilər hakimiyyət uğrunda hələ də bir birilərini didəcəklər”. 

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində    “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

O, bildirib ki,  hakimiyyətə gəlmək asan ola bilər, amma işləmək çətindir: “Nikol Paşinyanın isə dövlət idarəçiliyi təcrübəsi yoxdur. İndiyə qədər Ermənistanda sadə xalq cinayətkar siyasətin qurbanı olub. Ermənistandan hər il minlərlə insan köçüb gedir. Ermənistan faktiki olaraq dövlət deyil, forpostdur.

Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən  əl çəkməkdir. Əgər torpaqlarımızı xoşluqla  azad etməsələr onlar üçün  yaxşı olmayacaq. Birincisi, ehtiyac, səfalət içərisində olan  sadə xalq yenə  də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …