Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Hafka “Bakı”nı dirçəldir: təmir başlandı

Hafka “Bakı”nı dirçəldir: təmir başlandı

“Bakı” klubunun təlim-məşq bazasında təmir işlərinə başlanıb.

Axar.az klubun saytına istinadən xəbər verir ki, təmir işləri bir ay müddətində başa çatacaq.

Ot örtüyü yararsız vəziyyətdə olan əsas meydançaya yeni toxum səpilib. Arenada işlərin üç həftəyə başa çatacağı gözlənilir. Təmir işlərinə start verilməsi komandanın yenidən dirçəldiyini deməyə əsas verir.

“Bakı”nın prezidenti olan iş adamı Hafiz Məmmədov da bu günlərdə klubun bazasına baş çəkib. Biznesmen futbolçulara problemlərin geridə qaldığını və maaşların ödəniləcəyini söz verib.

Qeyd edək ki, bir müddət əvvəl maliyyə problemlərinə görə dağılan klub hazırda I divizionda çıxış edir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın