Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyevin iddiaları və Pənah Hüseynin debatda “tərəfsizlik manevrləri”… — VİDEO

Hafiz Hacıyevin iddiaları və Pənah Hüseynin debatda “tərəfsizlik manevrləri”… — VİDEO

Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin müxalifət barədə yazdığı fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Ramiz Mehdiyev “həqiqi müxalifət” deyərkən partiya sədrlərini iki kateqoriyaya bölüb?
 

Musavat tv-nin ötən verilişdə AXP sədri Pənah Hüseyn bu fikirlərə cavab verərkən verilişə telefonla bağlanan Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev onun dediklərinə etiraz etmişdi.

Bu gün hər iki siyasinin debat çağırışı musavat tv-də gerçəkləşdi.

Debatda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ramiz Mehdiyevlə bağlı faktlarını ortaya qoyaraq Pənah Hüseynin dünənki çıxışı ilə razılaşmadığını bildirib. Partiya sədri Ramiz Mehdiyevlə vaxtilə olan bir danışığını da dilə gətirdi. Bildirdi ki, Ramiz Mehdiyev dəfələrlə onu İlham Əliyevə və Mehriban Əliyevaya qarşı çıxmaq təklifində bulunub. Lakin H.Hacıyev onun təklifini rədd edib.

MMP sədri Ramiz Mehdiyevin Əli Kərimlini dəstəklədiyini də dilə gətirib. Bildirib ki, hər dəfə Əli Kərimlinin Elçibəyə xəyanətindən, müxalifətdaxili çirkin oyunlarından, xaricə işləməsindən danışanda, mətbuata bununla bağlı məlumat verəndə, Ramiz Mehdiyev yenə də ona iradını bildirib ki, Əli Kərimli ilə işin yoxdu.

Daha sonra H.Hacıyev Əbülfəz Elçibəyin prezidentliyi dövründə Əli Kərimli ilə İsa Qəmbərin Elçibəyin ünvanına “bəy, sənin vaxtın keçib” ifadəsini xatırlatdı. H.Hacıyevə etiraz edən P.Hüseyin isə sadəcə MMP sədrinin Əli Kərimliyə Kərimov Əli, İsa Qəmbərə Qəmbərov İsa deməsinə etiraz etdi. Eyni zamanda vurğuladı ki, Ramiz Mehdiyev özünü müdafiə edəcək gücdədir.

Qeyd edək ki, Hafiz Hacıyevin iddiaları və Pənah Hüseynə tutarlı cavabları qarşısında Pənah bəyin sadəcə debatı yola verməsi aydın şəkildə hiss olunur. Debatda açıq-aydın P.Hüseynin “tərəfsizlik” manevrləri müşahidə edildi. Necə deyərlər, “nə şiş yansın, nə kabab”.

Musavat.tv-nin Hafiz Hacıyev-Pənah Hüseyin debatının linkini təqdim edirik:

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …