Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyevdən sərt sözlər: “Sarsaq fikirlərdir, qələt edir, mən onu başa salaram”

Hafiz Hacıyevdən sərt sözlər: “Sarsaq fikirlərdir, qələt edir, mən onu başa salaram”

Zaman-zaman yerli mətbuatda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qalmaqallı açıqlamaları ilə gündəmə gəlir. Bu baxımdan bəziləri onu Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskiyə bənzədirlər.

Minval.info bununla əlaqədar olaraq Hafiz Hacıyevin fikirlərini öyrənib.

Partiya sədri bildirib ki, Jirinovski həmişə Rusiyanın milli maraqlarına xidmət edən bir adam olub: “Səhv edirlər, mən vətənimi sevən bir insanam. Həyatım üçün təhlükə yarananda belə, həqiqəti, dövlətçiliyə xələl gətirənlərin kim olduğunu açıq şəkildə demişəm. Mən digərləri kimi Sorosa, Amerikanın kəşfiyyat orqanlarına, Avropa qurumlarına işləməmişəm. Prezidentin şəxsən özünün apardığı siyasəti dəstəkləyib onunla bir yerdə olmağı qarşıma məqsəd qoymuşam. Ömrümün axırına qədər dövlətçiliyə sadiq olacağam, həqiqəti söyləyəcəyəm. Təbii ki, məni qınaq obyektinə çevirənlər var. Bunlar hamısı mənə qarşı hücumlardır. İstər daxildə, istər xaricdən olan təzyiqlərdir. Çalışırlar ki, yolumdan döndərsinlər. Mən dəfələrlə demişəm, qardaşımın yanındayam. Məni öldürsələr, başımı kəssələr, soroslar başıma pul qoysalar da…”

Hafiz Hacıyev həmçinin söyləyib ki, bəzi məmurlar barədə, ölkədəki korrupsiya haqqında danışdığından çıxışları qalmaqallı olur. Bu səbəbdən onu rusiyalı siyasətçiyə bənzədirlər.

Siyasətçi eyni zamanda Jirinovskinin Rusiya mətbuatına verdiyi açıqlamada “Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun” sözlərini deməsinə münasibət bildirib:

“Onun həmişə sarsaq fikirləri olub. Jirinovski qələt edir. O, elə deyirsə, bir də hücuma keçməliyik. Prezidentliyə namizədliyini irəli sürdüyü üçün xal toplayır. Bu, mümkünsüzdür, Azərbaycan müstəqil dövlətdir. İndi bilirsiniz, Rusiyayadan medalları alanlar var, onlar fikirlərini qətiləşdirsin. Jirinovskinin aparat üzvləri ilə dəfələrlə söhbətlərim olub. Onun özü ilə çalışmışam görüşüm, lakin alınmayıb. Görüşümüz alınsa, onu ağıllı şəkildə başa sala bilərəm. Təlxək də olsa, imperiyanın missiyalarını yenidən bərpa etməyə çalışır. Hər oyuna girir. Əslində, pis hal deyil, vətəninə xidmət edir. Gərək biz də Dağlıq Qarabağı işğaldan azad etmək üçün əlimizdən gələni edək. Heç bir dövlətlə razılaşmadan, ölkəmizdə ciddi şəkildə təmizləmə işi aparaq”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …