Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyevdən sərt bəyanat: “Özümlə birgə onları da partladacağam”

Hafiz Hacıyevdən sərt bəyanat: “Özümlə birgə onları da partladacağam”

Seçkidə iştirak etsək, namizədliyimi 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən verəcəyəm. Ona görə ki, həmin dairənin ərazisində bizim qohumlar, həmyerlilər, partiyamızın fəalları çoxdur. Azinforum.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev deyib. H.Hacıyev musavat.com-a geniş müsahibəsində bildirib ki, seçkinin demokratik keçirilməsinə indidən mane olan qüvvələr var və onlara qarşı mübarizə aparacaq: “Mənim bir sifətim var, deputat olsam da, olmasam da İlham Əliyevi ömrümün sonuna qədər müdafiə edəcəyəm. İmkan versinlər parlament seçkilərində prezident öz istədiyi kimi hərəkət etsin, seçkilər demokratik keçirilsin! Bilsinlər ki, seçkilərdə İlham Əliyevə haradan xəyanət əli uzansa, Hafiz Hacıyev o əlləri kəsəcək, başqa cür gücüm çatmasa, özümlə birgə onları da partladacağam. Mən buna qədər gedəcəyəm”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın