Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyev yenə özündən çıxdı: “Dəli deyiləm, onu deyənin dədəsi…”

Hafiz Hacıyev yenə özündən çıxdı: “Dəli deyiləm, onu deyənin dədəsi…”

Son zamanlar mətbuatda Hafiz Hacıyevin səhhətində problemlərin olduğunu, onun çılğınlığı və sərt sözləri arxasında keçmişdə keçirdiyi ruhi sarsıntının durması barədə iddialar səslənir.

Bu iddaların nə dərəcə həqiqə uyğun olduğunu öyrənmək üçün Modern.az Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb. “Müasir Müsavat” partiyasının sədri barəsindəki ittihamlara kəskin reaksiya verib. O bu cür informasiya yayanlar barəsində qeyri-normativ leksika da işlədib. Hafiz Hacıyev heç vaxt ruhi dispanserdə yatmadığını bildirib.

“Vəziyyətim çox yaxşıdır, bu yalnış deyilmiş bir informasiyadır.  Mənim heç bir psixi problemim yoxdur, dəli deyiləm. Onu deyən …… dədəsinin ağzı ilə, mən harda yatmışam? niyə adamın əsəbləri ilə oynayırlar!… Kim deyir onu qoy kağızı əlində gətirsin, sübut eləsin mənə ki, həqiqətən də mən dəliyəm. Elə bir zəmanədə yaşayırıq ki, hər halda nələrisə araşdırıb nəticəyə çatmaq olur. Getsinlər araşdırsanlar, sonra ağızlarına gələnləri danışsınlar. Sadəcə boş-boş danışırlar. Dəli olan adam hər halda elmlər namizədi, yaxud da hər hansı bir cəbhədə öz sözünü demiş bir insan olmaz.

Hafiz Hacıyev ağıllı adam olduğunu deyib. O, ruhi xəstə olması ilə bağlı iddiaların arxasında duranların da adını çəkdi.

“Həmişəki kimi ağlım yerində ağıllı bir adamam. Onu bilsinlər ki, Hafiz Hacıyevin vəziyyəti hər zaman necə əla olubsa, indi də eyni vəziyyətdədir. Bu söhbəti yayanlar görünür mənim düşmənlərimdir. Mənim pis olmağımı istəyənlərdir. Antiazərbaycan Kərimovlar dəstəsi var ki, həmişə istəyirlər bizi xalqın gözündən salsınlar. Amma ürəkli və alnıaçıq deyə bilərəm ki, buna nail ola bilməməyəcəksiniz. Bu mümkün olan bir şey deyil. O insanlara çatdırmaq istəyirəm ki, vəziyyətim top kimidir. Hərşey əladır. Partiya artıq  mitinqlərə hazırlıq işləri aparır. Məqsəd odur ki, ölkədə Kərimov kimiləri qovub Azərbaycandan çıxardaq. Buna görə də bütün variantlardan istifadə edirik. Səhhətimdə hər şey yüksək səviyyədədir. Sizə də diqqətinizə görə təşəkkürümü bildirirəm ”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …