Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyev: “Partiyamız seçkiyə hazırdı”

Hafiz Hacıyev: “Partiyamız seçkiyə hazırdı”

“Ümid edirəm ki, cənab İlham Əliyev hökumətə başçılığı mənə tapşırar”; “Seçkidən sonra rüşvətxorların barmaqları kəsiləcək”

“Bizim partiya başqa müxalifət partiyaları kimi “sezonşik partiya” deyil ki, seçkinin 5 ay əvvəl keçirilməsindən “hazırlığımız üçün vaxt çatmır” bəhanələrini uyduraq”.

Bu barədə musavat.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri və prezidentliyə iddiaçı Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə rəhbərlik etdiyi partiya ötən prezident seçkilərində uduzandan sonra başqa partiyalar kimi əlini-əlinin üstünə qoyub xaricdən nə zaman kömək gələcəyini gözləməyib, seçki hazırlıqlarına başlayıb.

Ona görə də bu gün seçki hətta 1 aydan sonra olsa belə seçkiyə hazırdır: “Keçən seçkidən sonrakı müddətdə biz harda boşluqlarımız, çatışmazlıqlar var idisə onları düzəltməyə başladıq. Ona görə də bu gün bütün seçkilərə demək olar ki, hazır vəziyyətdəyik. Hətta aprel parlament seçkilərini də təyin etsələr ona da hazırıq. O partiyalar ki, seçkiyə hələ hazır olmadıqlarını deyirlər onlar normal partiya deyillər, “sezonşik”dirlər”. Cığallıq eləməyə ehtiyac yoxdur. Bizim partiyanın Siyasi Şurasının bu həftənin cümə günü növbədənkənar iclası olacaq və mənim prezidentliyə namizədliyim rəsmi şəkildə irəli sürüləcək”.

H.Hacıyev növbədənkənar seçki qərarının verilməsinin düzgün addım olduğunu qeyd edib: “Cənab prezidentin bu qərarı Azərbaycanın maraqlarına cavab verir. Bizim qarşımızda Dağlıq Qarabağ məsələsi kimi problem dayanır, sabitliyin qorunması zəruridir və sair. Regionda gedən prosesləri biz qabaqlamalıyıq. Seçkidə ya İlham Əliyev, ya da mən seçiləcəyəm. Ciddi kadr islahatları seçkidən sonra aparılacaq. Rüşvətxorların barmaqları kəsiləcək. Ümid edirəm ki, cənab İlham Əliyev hökumətə başçılığı mənə tapşırar. Mən korrupsioner məmurların başına dünyanı dar edərəm”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …