Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyev imzatoplama kampaniyasını yekunlaşdırdı…

Hafiz Hacıyev imzatoplama kampaniyasını yekunlaşdırdı…

Müasir Müsavat Partiyası Hafiz Hacıyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün seçici imzalarını toplama kampaniyasını başa çatdırıb.
Bu barədə MMP mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, partiya Hafiz Hacıyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün 64 dairə üzrə imzatoplama aksiyası keçirib. Partiyanın fəalları və yerli rayon təşkilatlarının nümayəndələri ölkə üzrə bütün ərazilərdə kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səy göstəriblər. Nəticə olaraq, bu gün imzatoplama kampaniyası yekunlaşıb, 45 mindən çox imza toplanıb. Bu gün seçki qərargahının üzvləri imza vərəqələrinin sonuncu dəfə nəzərdən keçirərək yoxlama işi aparıblar.
MMP-dən onu da bildiriblər ki, sabah toplanmış imzalar sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edləcək.
Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …