Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Hadrutun alınması həm də rusların starteji marağına toxunub – Qubad İbadoğlu

Hadrutun alınması həm də rusların starteji marağına toxunub – Qubad İbadoğlu

Sabahınlz xeyir, əziz həmvətənlilər! Həftənin başlanğıcındayıq, ümid edirəm ki, yeni həftəyə xoş xəbərlərlə başlayarıq.

Ötən gün humanitar atəşkəsdən sonra ermənilərin daha da azğınlaşmasının ağrılı nəticəsini yaşadıq. Gəncədə ermənilərin törətdikləri hərbi cinayət və terrorun qısasını rəşadətli Azərbaycan əsgəri almaqdadır. Heç şübhəsiz ki, bundan sonra da emənilərə layiqli cavablar veriləcək. Milli ordumuz döyüşdə yeni yüksəkliklər fəth etməklə, mövcud mövqelərini möhkəmlətməklə düşməni bütün cəbhələrdən sıxışdıraraq, geriyə çəkilməyə məcbur edəcək.Dünən namərd qonşumuzun Hadrutu geri almaq üçün xəyanətkar hucumları heç bir nəticə verməyib. Əsgərlərimizin qanı və canı bahasına qazanılan torpaqlar göz bəbəyi kimi qoruyublar.Son günlər mənə ən çox verilən suallardan biri də Hadrutun kimin nəzarətində olması ilə bağlıdır. Xatırlayırsınızsa, yazmışdım ki, Hadrut qəsəbəsindən 9 km uzaqlıqda yaşamışam. Odir ki, oranın coğrafiyasını və relyefini yaxşı bilirəm.

Hadrut Qozluçay dərəsinin başlanğıcında, vadidə yerləşir, bu qəsəbə həmin sırada olan yaşayış məntəqələrinin sonuncudur, bir sözlə ondan sonra dağa, dalana dirənirsən. Hadruta Araz çayı tərəfdən baxanda solda Cəbrayıl, eləcə də kiçik Qafqaz dağları, arxa və sağda isə Ərgünəşdir. Ərgünəşin ətəklərində Hadrutun, qarşısında da Füzuli rayonun kəndləri və mərkəzidir. Ərgünəş yaxınlığındakı dağlardan hündürdə yerləşdiyindən günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşdüyünə görə ona belə ad verilib.

Dünən qeyri-rəsmi məlumat yayıldı ki, Ərgünəş zirvəsi düşməndən azad edildi. Təki deyilənlər düz olaydı, Ərgünəşin bizdə olması Hadrutun Xırmancıq, Düdükçü, Hoğa, Tağ, Tuğ kəndlərinin də işğaldan azad edilməsi və Azərbaycan ordusunun Füzuli rayonun mərkəzində bayrağımızı dalğalandırması deməkdir. Amma, tələsmək istəməzdim, bununla bağlı rəsmi açıqlamanı gözləməyi məsləhət görərdim. Yenidən Hadruta qayıdıram.Hadrutda ermənilər yoxdur, Azərbaycan qoşunlarının ora girməsi və orda qalması düzgün olmazdı. Ordumuz Hadrutda möhkəmlənməzdən əvvəl yalnız soldakı deyil, həm də arxa və sağda yerləşən yüksəkliklərə – yəni Ərgünəş dağına nəzarət etməlidir.Azərbaycan ordusu Cəbrayıl tərəfdən yüksəklikdə mövqe tutduğuna görə Hadrutda erməni dayana bilməz. Odur ki, dünən ermənilərlə ən ağır döyüş həmin cəbhədə gedib.

Yeri gəlmişkən, sovet dövründə Hadrutun girişində, Füzulinin bu istiqamətdə sonuncu kəndi olan Qaradağlıda sərhəd qoşunlarının hərbi hissəsi var idi. Deyilənə görə hazırda həmin həbi hissə ermənilərin əsas silah-sursat anbarıdır. Eyni zamanda ordan İrandan qalxan təyyarələrə nəzarət etmək mümkündür. Hətta verilən məlumata görə indiyədək orda rus zabitləri xidmətdədir. Belə olan halda Hadrutun alınması həm də rusların starteji marağına toxunub. Ona görə də döyüşlərə ruslar tərəfindən muzdluların cəlb edildiyi haqqında məlumatlar da daxil olmaqdadır. Görünür ruslar, atəşkəs imzalanana qədər Azərbaycan ordusunun Hadrutu alacağını gözləmirlərmiş, ona görə də indi çalışırlar ki, atəşkəs rejimi faktiki başlayanadək Hadruta nəzarəti bərpa etsinlər. Dünən buna nail ola bilməyiblərsə, bugün dünənki mövqeləri çətin dəyişə bilərlər. Müzəffər ordumuz buna imkan verməz. Odur ki, irəli Azərbaycan əsgəri, yolun açıq olsun!
Qubad İbadoğlu, ADR Hərəkatının lideri, iqtisadçı alim

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …