Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hadi Rəcəbli qayıdır? – AÇIQLAMA

Hadi Rəcəbli qayıdır? – AÇIQLAMA

V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Azvision.az-ın xəbərinə görə, H.Rəcəbli açıqlamasında bildirib ki, bu barədə qərarını tezliklə açıqlayacaq.

“Hələlik qəti qərarım yoxdur. Düşünürəm”, – deyə H.Rəcəbli bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il tarixli iclasında Hadi Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasında səsvermənin nəticələri ləğv edilib. Həmin dairədə pozuntuların olduğu bildirilib. Nəticəsi ləğv edilən 74 saylı dairədə təkrar seçkilər keçiriləcək. 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …