Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Hacıqabulun icra başçısı Əhməd Muxtarovdur yoxsa Afiq Kərimov?

Hacıqabulun icra başçısı Əhməd Muxtarovdur yoxsa Afiq Kərimov?

Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumat daxil olub. Belə ki, Əhməd Muxtarovun idarəçiliyi əhaliyə qarşı zülm edilməsi barəsində redaksiyamıza şok məlumatlar verilməkdədir. Vətəndaşların narazılığına səbəb olan İcra hakimiyyətinin daxilində rüşvət tuğyanından əhaliyə həddə-qorxu gəlinməsinə qədər məlumatlar BakuNews.Az-a bildirilmişdir. Araşdırmalardan məlum olub ki, illərdi narazılıqların olması, amma bunun hansısa yollarla media da şikayətçilərin şikayətlərinin işıq üzü görməsinə maniələr yaradılıb. Aparılan araşdırmadan məlum olub ki, Hacıqabul icra başçısı KİV-nin bəzi rəhbərləri ilə anlaşaraq onlara aylıq haqq verərək onun barəsində tənqid yazıların dərc edilməməsini sığortalamaqdadır. Verdiyi ənamlar sayəsində yalnız rayon haqqında tərif yazıların dərc edilməsinə tənqidlərinsə tamamilə silinməsi yolunda işlər görülməsinə səylər göstərilməkdədir.

Məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.

Məlumatda bildirilir ki, ölkə başçısı İlham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulasa da, Muxtarov bu tapşırıqları gözardı edir. Bununla yanaşı, rayonda bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1380 saylı sərəncamı ilə 68000 nəfər əhalisi olan rayona icra başçısı təyin olunan Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib. Onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır.

Sakinlərdən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında “at oynadır”. Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. İcra başçısının sürücüçü Elçin rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə hədələməkdən belə çəkinmir. Əhaliyə qarşı zor tətbiq etmək usulu həyata keşirilməkdədir.

Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmaməddin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: “Tariyellə İmaməddin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Tariyel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmaməddin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir”.

Müraciətdə rayonda sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur. (bakunews.az)

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın