Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hacıbala Abutalıbovun istefa xəbərinə reaksiya: “Elə şey olar?”

Hacıbala Abutalıbovun istefa xəbərinə reaksiya: “Elə şey olar?”

“Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?”
Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icra başçısı Hacıbala Abutalıbovun istefa verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyiblər.
Meriya sözçüsünün sözlərinə görə, həftənin birinci günündən etibarən start götürəcək Formula-1 yarışlarına görə Bakı şəhər İcra Hakimiyyəti fasiləsiz olaraq işləyir:
“Hacıbala müəllim hazırda da iş başındadır. Məlumat tamamilə yalandır. Yarışlar ərəfəsinə icra hakimiyyəti fasiləsiz çalışır. Eləcə də Hacıbala müəllim həftə sonları da iş başında olur və hazırda da işdədir”.
Qeyd edək ki, ötən gün Hacıbala Abutalıbovun istefa verdiyi haqda məlumat yayılıb. İddia olunurdu ki, H.Abutalıbov bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi üçün postundan ayrılıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …