Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Hacı Qalib üzr istəsə, onu bağışlayaram – Deputat

Hacı Qalib üzr istəsə, onu bağışlayaram – Deputat

Sabah millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də, Sabunçu Rayon Məhkəməsində baş tutacaq.

Mia.az xəbər verir ki, deputat Çingiz Qənizadə sabahkı məhkəmə ilə bağlı azvision.az-a bildirib ki, Hacı Qalib, haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar:

“Bu məsələdə fikrim qətidir. O, haqqımda dediyi sözlərə məhkəmədə aydınlıq gətirməlidir. Əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …