Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Hacı İbrahimin qardaşı danışdı: “Mən bu işlərdə yoxam” – AÇIQLAMA

Hacı İbrahimin qardaşı danışdı: “Mən bu işlərdə yoxam” – AÇIQLAMA

Media məşhur azərbaycanlı biznesmeni, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovun (Nehrəmli) mayın 12-sidən etibarən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılması barədə xəbər yayıb. Bununla yanaşı, iş adamının həbs edilmədiyi barədə məlumatlar da gündəmi zəbt edib.

Modern.az saytı Hacı İbrahim Nehrəmlinin qardaşı “Azad Azərbaycan” Televiziyasının keçmiş vitse-prezidenti Natiq İbrahimovdan məsələyə münasibətin öyrənməyə çalışıb.

Natiq İbrahimov bildirib: “Vallah mən bu işlərdə yoxam. Mən tanıyarsınız, ATV-nin keçmiş vitse prezidenti, Xəbərlər Departamentinin rəhbəri olmuşam. Mən digər sahələri bilmirəm. Mən də sizin kimi jurnalistəm, tamam başqa sahənin adamıyam. Ona görə bu haqda heç nə deyə bilmərəm”.

“Avesta” Konserninin prezidenti Hacı İbrahim Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürdüyünü bir müddət öncə etiraf edib. O, həmin pul hesabına “Xəzər adaları” nəhəng tikinti layihəsini həyata  keçirdiyini bildirib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın