Ana səhifə / Siyasət / Hacı İbrahimin konyak içmə etirafına qəribə reaksiya – Video 

Hacı İbrahimin konyak içmə etirafına qəribə reaksiya – Video 

Qazaxlı iş adamı Elşad Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib.

 

O, Hacı İbrahim Nehrəmlinin Hacılıqdan məhrum edilməsini istəyib.

 

Moderator.az-a açıqlama verən Elşad Məmmədov buna səbəb kimi İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində hər səhər konyak içməsini etiraf etməsidir:

 

“Müqəddəs torpaqları ziyarət etmiş bir şəxsin nümayişkaranə şəkildə ekranlara çıxaraq “hər səhər konyak içirəm” deməsi nə dərəcədə düzgündür? Mən QMİ sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm, Hacı konyak içə bilərmi?

 

Bunla bağlı da açıqlama versinlər. Avopa Oyunları ilə bağlı məlumat yayaraq bildirirlər ki, idmançılar oruc tutmaya bilər, indi bu məsələ ilə bağlı da fitvalarını versinlər. Həccə gedən konyak içə bilərmi?”

 

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində 4.40 dəqiqədə konyak içməsini etiraf edir.

 

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın